Azərbaycan-Rusiya sərhəddində yük maşınlarının növbəsi aradan qalxıb.

Samur Gömrük Postundan verilən məlumata görə, növbələrlə bağlı artıq vəziyyət stabilləşib və sıxlıq aradan qaldırılıb.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan-Rusiya sərhəddində yük maşınlarının uzun növbəsi yaranmışdı. Tranzit və mövsümlə əlaqədar Azərbaycandan Rusiyaya yük daşıyan nəqliyyat vasitələrinin sayının artması ilə bağlı 1500-dən çox yük maşını qonşu ölkəyə keçmək üçün növbə gözləyirdi.

Rusiya tərəfi ilə əldə olunan razılaşmaya görə, qonşu ölkəyə buraxıla yük maşınlarının sayı artırılmışdı.