İqtisadiyyat.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, 2024-cü ildə ölkəmiz Qırğızıstana 27,1 milyon ABŞ dolları həcmində sərmayə qoyub. Bu, 2023-cü illə müqayisədə 25,1 milyon dollar və ya 13,5 dəfə çoxdur.

Eyni zamanda, Qırğızıstanın Azərbaycan iqtisadiyyatına yatırdığı birbaşa xarici investisiyalar 6,4 milyon ABŞ dollarına çatıb ki, bu da əvvəlki ilə nisbətən 3,2 dəfə artım deməkdir.

Azərbaycanın ümumi xarici investisiyalarında Qırğızıstanın payı 1,5% təşkil edib.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycana cəlb edilən xarici investisiyalar 7 milyard ABŞ dollarını ötüb ki, bu da 2023-cü ilə nisbətən 5,83% artım deməkdir. Digər tərəfdən, ölkəmizin xaricə yatırdığı investisiyalar 1,8 milyard dollar olub və əvvəlki illə müqayisədə 43,3% azalıb.