Azərbaycan bu ilin yanvar-noyabr aylarında 75,1 milyon dollar dəyərində qəhvə idxal edib.

İqtisadiyyat.az bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Hesabat dövründə ölkənin qəhvə idxalı xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 milyon dollar azalıb.

Əlavə edək ki, bu dövrdə qəhvə idxalı Azərbaycanın ümumi idxalının 0,48%-ni təşkil edib.

 

Gözəl Həşimova