Azərbaycan Mərkəzi Bankı (AMB) və Qazaxıstanın Milli Bankı arasında bank sektorundakı likvidlik müzakirə edilib.

İqtisadiyyat.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, iki qurumun nümayəndə heyətləri arasında qarşılıqlı təcrübə mübadiləsi baş tutub. Qazaxıstan Milli Bankında keçirilən görüşlərdə makroiqtisadi təhlil və proqnozlaşdırma, pul siyasətinin parametrləri, bank sistemində likvidliyin təhlili və gəlirlilik əyrisinin qiymətləndirilməsi kimi mühüm mövzuların müzakirəsi aparılıb.