Azərbaycan bu ilin yanvar-iyun aylarında Portuqaliyaya 62,8 milyon dollar dəyərində 92,9 min ton neft ixrac edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 84,5%, dəyər baxımından isə 365,2 milyon dollar və ya 85,3% azdır.

Əlavə edək ki, hesabat dövründə iki ölkə arasında ticarət dövriyyəsi 69,2 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova