Bu ilin yanvar-fevral aylarında Azərbaycan 30 milyon dollar dəyərində 21,7 min ton pomidor ixrac edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin eyni ayları ilə müqayisədə pomidor ixracı dəyər ifadəsində 10,9 milyon dollar artıb.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycandan 19 milyon dollar dəyərində 15,4 min ton pomidor ixrac edilib.

 

Gözəl Həşimova