Bu gün Azərbaycan Premyer Liqasında 30-cu tura yekun vurulacaq.

İqtisadiyyat.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün birinci oyununda "Səbail" "Kəpəz"i qəbul edəcək. Qarşılaşma 16:30-da start götürəcək.

Digər matçda isə "Sabah" "Qarabağ"ı qəbul edəcək. Qarşılaşmanın start fiti 19:00-da səslənəcək.

Azərbaycan Premyer Liqası

30-cu tur

14 aprel

16:30. Səbail - Kəpəz

Baş hakim: Cavid Cəlilov

ASCO Arena

19:00. Sabah - Qarabağ

Baş hakim: Rəvan Həmzəzadə

Bank Respublika Arena