Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün sonuncu turuna start verilib.

İqtisadiyyat.az xəbər verir ki. ilk oyun günündə avrokuboklar uğrunda mübarizə aparan komandalar meydana çıxıb.

Turun mərkəzi matçında “Neftçi” doğma meydanda “Sabah”ı qəbul edib. Digər görüşlərdə isə “Zirə” “Səbail”i, “Sumqayıt” isə “Qəbələ”ni sınağa çəkib. Oyunlar eyni vaxtda start götürüb.

Qeydə alınan nəticələrdən sonra “Zirə”, “Sumqayıt” və “Sabah” avrokuboklara vəsiqə qazanıb. Mövsümü 5-ci yerdə başa vuran “Neftçi” isə avrokuboklardan kənarda qalıb