Azərbaycan və Özbəkistan arasında sənaye sahəsində tərəfdaşlığın təşviqi müzakirə edilib.

İqtisadiyyat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov ilə ölkələrimizin iqtisadi əməkdaşlığının gündəliyindəki məsələləri nəzərdən keçirdik. Görüşdə ticarət dövriyyəsinin davamlı artımının dəstəklənməsini, Özbəkistanla ticarət-iqtisadi və investisiya üzrə əməkdaşlığa dair Yol Xəritəsinin icrasını, birgə istehsalın, sənayedə tərəfdaşlığın təşviqini müzakirə etdik", - deyə o qeyd edib.