Ötən il Azərbaycan 22 834,7 ton maye qaz ixrac edib ki, bu da illik müqayisədə 67% azdır.

İqtisadiyyat.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ixrac edilən maye qazın dəyəri 5 749 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 74,7% azdır.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycan 69 268,1 ton maye qaz ixrac edib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 1,7 dəfə çoxdur. 2021-ci ildə ixrac edilən maye qazın dəyəri 22 748,8 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 4,5 dəfə çoxdur.