Ötən il Azərbaycanda hasil edilmiş 32,6 mln. ton neftin 26,3 mln. tonu ixraca nəql edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "Twitter" hesabında paylaşım edib.Məlumata görə, ötən il ölkədə 46,7 mlrd. kubmetr qaz hasil edilib, bu da illik müqayisədə 6,5% artım deməkdir.

“2022-ci ildə operativ məlumatlara görə, hasil edilmiş 32,6 mln. ton neftin 26,3 mln. tonu ixraca nəql edilib. Bu dövrdə 6,5% artımla hasil edilmiş 46,7 mlrd. kubmetr qazın 22,3 mlrd. kubmetri ixrac olunub”, - paylaşımda qeyd olunur.