Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Voronej, Belqorod və Lipetsk bölgələri üzrə idarəsinin nəzarəti ilə ötən həftə Voronej vilayətindən 250-dən çox heyvandarlıq məhsulu ixrac edilib.

Bu barədə “Rosselxoznadzor” xəbər verir.

Məlumata görə, Fransa və Latviyaya 9,5 min tondan çox yem məhsulları, Azərbaycan, Tacikistan, Özbəkistan, Ukraynaya 360 tondan çox süd məhsulları (kərə yağı, krem, kəsmik, xama, pendir və s.), Azərbaycan və Ukraynaya ümumi çəkisi 43 ton olan kolbasa, Çinə 50 tondan çox mal əti, Ukraynaya isə 105 tondan çox quş əti ixrac edilib.