Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Zod istiqamətində PUA tətbiq edilməsi ilə bağlı Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır.

Bu barədə İqtisadiyyat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Ermənistan tərəfinin yaydığı bu məlumatı qəti şəkildə təkzib edirik", - nazirlikdən bildirilib.