Ukraynadakı müharibə ilə əlaqədar Rusiya ordusu dünyaca məşhur “Call of Duty” oyunundan çıxarılacaq.

Tərtibatçılar onu Qarabağdakı döyüşlər zamanı özünü ən yaxşı tərəfdən göstərən Azərbaycan ordusu ilə əvəz etmək qərarına gəliblər. 

Şirkət Ukraynada hərbi əməliyyatların dayandırılması və vəziyyətin sabitləşməsi halında belə, Rusiya Silahlı Qüvvələrinin oyuna qaytarılmayacağını iddia edir. Rusiya ordusu sanksiyaların uzadılması halında ilə beş il müddətinə diskvalifikasiya ediləcək.

Bakının Vaşinqtondakı nümayəndəsi bildirib ki, ölkəsi özəl bizneslə əməkdaşlığı genişləndirməkdən məmnundur və Azərbaycan Silahlı Qüvvələrinin böyük əsgəri obrazını gələcək onilliklər üçün canlandırmaq və əbədiləşdirmək üçün texnika və silahlar verməyə hazırdır.