Bu ilin iyun ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 80 585 ton olub.

Energetika Nazirliyindən İqtisadiyyat.az-a verilən məlumata görə, bunun 65 597 tonunu xam neft, 14 988 tonunu kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 259 ton) təşkil edir.

Beləliklə, Azərbaycan iyun ayında "OPEC+" çərçivəsində kvotasından 8 662 ton geridə qalıb.