Ötən ay Azərbaycanda neft hasilatı sutkada 490 min barel təşkil edib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "S&P Global Commodity Insights" şirkəti məlumat yayıb.
Bununla da Azərbaycan "OPEC+" kvotasından sutkada 61 min barel geri qalıb. Belə ki, Azərbaycanın "OPEC+" sazişi çərçivəsində 2024-cü il üçün neft hasilatı kvotası sutkada 551 min barel olub.
Ötən ay ölkədə neft hasilatı iyun ayı ilə ilə müqayisədə isə sutkada 10 min barel artıb.
Gözəl Həşimova