2022-ci ilin dekabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 668 min barel olub.

Bu barədə Azərbaycan Energetika Nazirliyindən məlumat verilib.

Bildirilir ki, bunun 548 min barelini xam neft, 120 min barelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 34-cü iclasında qəbul edilmiş qərara əsasən, Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.