Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.
İqtisadiyyat.az xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,83 ABŞ dolları, yaxud 1 % artaraq 84,11 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.