İqtisadiyyat.az xəbər verir ki, neftin 1 barelinin qiyməti 1,19 ABŞ dolları (1,6%) artaraq 75,23 dollara yüksəlib.

Xatırladaq ki, əvvəlki ticarət sessiyasında Azərbaycan neftinin qiyməti 74,04 dollar səviyyəsində idi.

Qeyd edək ki, Azərbaycan 2025-ci ilin dövlət büdcəsində bir barel neftin orta qiymətini 70 ABŞ dolları səviyyəsində müəyyən edib.