Bu barədə İqtisadiyyat.az-a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 75,12 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,78 ABŞ dolları və ya 1,02 % azalaraq 75,39 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.