Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,92 ABŞ dolları, yaxud 1,13 % artaraq 82,68 ABŞ dolları təşkil edib.

Dünənki hərracların nəticələrinə görə, bu rəqəm 78,47 ABŞ dolları idi.

Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.