Azərbaycan neftinin qiyməti yenidən artıb.

“Azeri Light” markalı neftin bir bareli 0,84 dollar və ya 1,32 faiz bahalaşıb.

Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 64,57 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.