Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,51 ABŞ dolları, yaxud 0,69 % artaraq 75,26 ABŞ dolları təşkil edib.
Bu barədə İqtisadiyyat.az-a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 74,37 ABŞ dolları təşkil edib.