Bu ilin I yarısında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 15 833 150,78 ton xam neft və bitumlu minerallardan hazırlanan xam neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 7 671 234,27 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 76,87% olub.

Bu ilin I yarısında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının miqdarı ötən ilin müvafiq dövründən 16,7%, dəyəri isə 10% çoxdur.