Azərbaycan bu ilin birinci rübündə 3,4 milyard dollar dəyərində 5,6 milyon ton neft ixrac edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ölkənin neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 18,3 %, həcm baxımından isə 17,7% azdır.

Əlavə edək ki, neft ixracının ümumi ixracda payı 58,32 % təşkil edib.

 

Gözəl Həşimova