Bu ilin 6 ayında operativ məlumatlara əsasən neft-kondensat hasilatı 15.2 mln. ton, ixracı isə 12.7 mln. ton olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün tviter hesabında bildirib.

Onun sözlərinə görə, bu dövrdə 3% artımla hasil edilmiş 24.1 mlrd.m3 qazın 12 mlrd.m3-i ixrac olunub.