Bu gün Rusiyanın paytaxtı Moskvada “Отдых Leasure 2021” – turizm üzrə beynəlxalq forum və sərgi işə başlayıb.

Tədbir sentyabrın 9-dək davam edəcək.

Forum-sərgidə Azərbaycan da təmsil olunur. Ölkəmizi tədbirdə Dövlət Turizm Agentliyinin, “Azərbaycan Hava Yolları” QSC-nin, yerli turizm şirkətlərinin nümayəndələri təmsil edir.