İqtisadiyyat.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, görüşdə iki ölkənin vergi orqanları arasında əməkdaşlıq imkanları, qarşılıqlı maraq doğuran istiqamətlər və institusional inkişaf sahəsində təcrübə mübadiləsinin əhəmiyyəti müzakirə olunub. Tərəflər vergi ödəyicilərinə xidmətlərin təkmilləşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və vergi intizamının gücləndirilməsi mövzularında fikir mübadiləsi aparıblar.

O.Nəzərli bildirib ki, Dövlət Vergi Xidməti beynəlxalq tərəfdaşlarla, xüsusilə də oxşar inkişaf mərhələsində olan qurumlarla qarşılıqlı əməkdaşlığa böyük önəm verir. O, Monteneqro ilə vergi sahəsində bilik və təcrübə mübadiləsinin gələcəkdə hər iki tərəf üçün faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib. Öz növbəsində, S.Laketiç Monteneqro vergi administrasiyasında həyata keçirilən islahatlar və modernləşmə prosesləri barədə məlumat verərək, Azərbaycanla bu sahədə əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını bildirib.

Görüşdə gələcək əməkdaşlıq üçün praktiki imkanlar nəzərdən keçirilib.