Azərbaycan Cənubi Qafqaz ölkələri arasında mobil internetin sürətinə görə liderdir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə  "Speedtest Global Index"in reytinqində qeyd olunub.

Məlumata görə, iyun ayında ölkə 40,39 Mbit/s çıxış sürəti ilə bu siyahıda 59-cu yerdə qərarlaşıb. Gürcüstan 31,76 Mbit/s ilə 74-cü, Ermənistan isə 81-ci yerdə (27,77 Mbit/s) qərarlaşıb.

Dünyanın ən sürətli mobil interneti BƏƏ-də (200,24 Mbit/s), ən yavaşı isə Sudandadır (2,38 Mbit/s).

 

Gözəl Həşimova