Bu gün AVRO-2024-ün seçmə mərhələsinin qrup çərçivəsində oyunlar keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan millisi səfərdə İsveçlə qarşılaşacaq. "Friends Arena"da baş tutacaq matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi ilk matçında səfərdə Avstriya millisinə 1-4 hesabı ilə məğlub olmuşdu.