FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan yığması bir pillə irəliləyərək 112-ci olub.

Komandamızın hesabında 1177,83 xal var.

Xatırladaq ki, hazırda baş məşqçisiz olan millimiz ötən ay Bakıda təşkil olunmuş “FIFA series - Edition 2024” layihəsində Monqolustanı 1:0 hesabı ilə üstələyib, Bolqarıstan ilə heç-heçə edib - 1:1.

Qeyd edək ki, reytinqə son dünya çempionu Argentina (1855,2) başçılıq edir. Fransa (1845,44) ikinci, Belçika (1798,46) üçüncüdür