İqtisadiyyat.az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən matç rəqib komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Pavel Zabelin (59) və Nikita Demçenko (78) Azərbaycan yığmasının qapısından keçirib.
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv martın 22-də Haitiyə də məğlub olmuşdu - 0:3.
***23:10
İqtisadiyyat.az xəbər verir ki, Pavel Zabelin 59-cu dəqiqədə Belarus millisini önə çıxarıb - 1:0.
Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçı gürcüstanlı hakim Aleko Aptsiauri idarə edir.
***22:03
İqtisadiyyat.az xəbər verir ki, görüş Masazırdakı "Bank Respublika Arena"da keçirilir.
Matçı gürcüstanlı hakim Aleko Aptsiauri idarə edir.
***21:06
Yoxlama oyununda qarşılaşacaq Azərbaycan və Belarus millilərinin start heyətləri açıqlanıb.
İqtisadiyyat.az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək matç saat 21:45-də başlayacaq.
Komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
Azərbaycan: Rza Cəfərov, Bəhlul Mustafazadə (k), Ozan Can Kökçü, Mahir Emreli, Zamiq Əliyev, Toral Bayramov, Səbuhi Abdullazadə, Nəriman Axundzadə, Mert Çelik, Xəyal Əliyev, Şahin Şahniyarov
Belarus: Fyodor Lapouxov, Kirill Peçenin, Pavel Zabelin, Aleksey Qavriloviç, Sergey Politeviç (k), Maks Ebonq, Valeri Qromko, Yevgeni Yablonski, Vitali Lisakoviç, Yuri Kovalev, Trofim Melniçenko