Azərbaycan bu ilin yanvar-oktyabr aylarında 177 milyon 893 min ABŞ dolları məbləğində 274 min ton meyvə-tərəvəz idxal edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 8,4 milyon dollar azdır.

Hesabat dövründə meyvə-tərəvəz idxalı ölkənin ümumi idxalının 1,26 %-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 186 milyon 340 min ABŞ dolları dəyərində 305,4 min ton meyvə-tərəvəz idxal edib.

 

Gözəl Həşimova