Bu ilin yanvar-avqust aylarında Azərbaycan 182,2 milyon ABŞ dolları məbləğində 242,6 min ton meyvə-tərəvəz idxal edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 30,53% çoxdur.

Hesabat dövründə meyvə-tərəvəz idxalı ölkənin ümumi idxalının 1,43 %-ni təşkil edib.

 

Gözəl Həşimova