Azərbaycana bu ilin yanvar-sentyabr aylarında 98,7 milyon ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.
İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 18 milyon dollar çoxdur.
Hesabat dövründə bu kateqoriyadan olan məhsulların ölkənin ümumi idxalında xüsusi çəkisi 0,78 % təşkil edib.
Gözəl Həşimova