Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 120,8 milyon ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri ötənilin müvafiq göstəricisi ilə müqayisədə 20,9 milyon dollar və ya 21 % çoxdur.

Hesabat dövründə bu kateqoriyadan olan məhsulların ölkənin ümumi idxalında xüsusi çəkisi 0,76 % təşkil edib.

 

Gözəl Həşimova