Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 9 945,5 ton maye qaz ixrac edib ki, bu da 2022-ci ilim müvafiq dövrünün göstəricisi ilə müqayisədə 53,3% azdır.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ixrac edilən maye qazın dəyəri 477,6 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 91,6% azdır.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycan 22 834,7 ton maye qaz ixrac edib ki, bu da illik müqayisədə 67% azdır.

Hesabat dövründə ixrac edilən maye qazın dəyəri 5 749 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 74,7% azdır.