Bu il oktyabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 103,5 bənd təşkil edib.

İqtisadiyyat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,2 bənd az, ilin əvvəlinə nisbətən 1,5 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,4 bənd çoxdur.

Oktyabrın 1-nə manatın real effektiv məzənnəsi isə 118,2 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,6 bənd, ilin əvvəlinə nisbətən 3,2 bənd, illik müqayisədə isə 5,1 bənd azdır.