Futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsi yekunlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Sabah" doğma meydanda "Neftçi"ni qonaq edib. Matç 1-1 hesablı heç-heçə ilə başa çatıb. İlk görüşdə 2-1 hesabı ilə qələbə qazanan "Sabah" finala yüksəlib.

Azərbaycan Kuboku

Yarımfinal mərhələsi, cavab oyunları

23 aprel

20:00 Sabah – Neftçi 1:1

Qollar: Cesse Sekidika, 23 – Emin Mahmudov, 40

Baş hakim: İnqilab Məmmədov

İlk oyun 2:1