Azərbaycan bu ilin yanvar-may aylarında 23,3 milyon dollarlıq 52,8 min ton kartof ixrac edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 8,5 milyon dollar çoxdur.

Hesabat dövründə kartof ixracı ölkənin ümumi ixracının 0,15%-ni təşkil edib.