Azərbaycanla İtaliya arasında kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahələrində əməkdaşlığın inkişafı müzakirə olunub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında bildirib.

Nazir İtaliyaya səfəri çərçivəsində bu ölkənin kənd təsərrüfatı, ərzaq suverenliyi və meşə təsərrüfatı naziri Françesko Lollobrigida ilə görüşüb. Görüşdə iki ölkə arasında dayanıqlı iqtisadi artım, resurslardan səmərəli istifadə və ərzaq təhlükəsizliyinin təminatı üzrə hədəflər müzakirə olunub.

“Bu istiqamətdə tərəfdaşlığı inkişaf etdirmək və mövcud potensialı reallığa çevirmək niyyətindəyik,” – deyə M. Cabbarov qeyd edib.