İqtisadiyyat.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, qurumla İsrailin Torpaq Agentliyi arasında videokonfrans formatında görüş keçirilib. Görüşdə İsrailin torpaqların idarəolunması sahəsində təcrübəsi, qabaqcıl rəqəmsal kadastr sistemləri və bu sahədə tətbiq olunmuş yeniliklər təqdim olunub.

Tərəflər reyestr, kadastr, geodeziya və sahəvi istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.