Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala 9 117 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 % çox vəsait yönəldilib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 13,1 % azalıb, qeyri-neft-qaz sektoruna investisiyalar 22,5 % artıb.

İstifadə olunmuş vəsaitin 5 306,3 milyon manatı və yaxud 58,2 %-i məhsul istehsalı sahələrinə, 3 292 milyon manatı və yaxud 36,1 %-i xidmət sahələrinə, 518,7 milyon manatı və yaxud 5,7 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

8 aylıq investisiya qoyuluşunun 6 843,3 milyon manatını və yaxud 75,1 %-ni daxili vəsaitlər təşkil edib, 6 642,6 milyon manatı və yaxud 72,9 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitlər 51 %, büdcə vəsaitləri 34,5 %, əhalinin şəxsi vəsaitləri 7,2 %, sair vəsaitlər 4,4 %, bank kreditləri isə 2,9 % paya malik olub.