Azərbaycan iqtisadiyyatının bu il 1,5% böyüyəcəyi proqnozlaşdırılır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) “Regional İqtisadi Perspektivlər” hesabatında deyilir.

Məlumata görə, bu, Bankın may ayındakı proqnozu ilə müqayisədə 1% bəndi azdır.

Bankın proqnozlarına görə, gələn il ölkədə iqtisadi artım 2,5 % təşkil edəcək ki, bu da əvvəlki proqnozla müqayisədə 0,2% bəndi azdır.

 

Gözəl Həşimova