İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC əməkdaşlarının könüllü tibbi sığortalanması üçün elan etdiyi kotirovka sorğusuna yekun vurub.

İqtisadiyyat.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "A-Qrup Sığorta Şirkəti" ASC-dir.

Qalib şirkətə 17 min manat ödəniləcək.