Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Valyuta Fondu (IMF) arasında maliyyə dayanıqlılığının artırılması istiqamətində fəaliyyətlər müzakirə edilib.

İqtisadiyyat.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Dünya Bankı və IMF-in İllik Toplantıları çərçivəsində Qafqaz və Mərkəzi Asiya regionu ölkələrinin mərkəzi bank sədrləri və maliyyə nazirlərinin qatıldığı görüşdə iştirak etdik. IMF-in icraçı direktorunun müavini Bo Linin təşəbbüsü ilə keçirilən görüşdə region ölkələrində maliyyə inklüzivliyinin genişləndirilməsi və maliyyə dayanıqlılığının artırılması istiqamətində fəaliyyətin əhəmiyyəti müzakirə olundu. Görüşdə çıxış zamanı IMF-in və digər maliyyə institutlarının regionda potensialın inkişaf etdirilməsi, məsləhət xidməti, qarşılıqlı əlaqələndirmə vasitəsilə maliyyə inklüzivliyinin artırılması təşəbbüslərinə mümkün dəstək imkanları ilə bağlı fikirlər diqqətə çatdırıldı", - deyə o qeyd edib.