Energetika naziri Pərviz Şahbazov Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktorunun müavini Meri Burs Uorlik ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə P.Şahbazov "X"də bildirib.

Görüşdə "Azərbaycan üçün Enerji Səmərəliliyi üzrə Yol Xəritəsi”nin hazırlanması, enerji sahəsində ikitərəfli və COP29 formatında əməkdaşlığa dair müzakirə aparılıb.