31 mart – 11 aprel tarixlərində Taylandın Fuket şəhərində ağırlıqqaldırma üzrə Dünya Kuboku keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 110 ölkədən 466 (235+231) atlet iştirak edəcək.

Yarışa Azərbaycan yığma komandasının üzvləri də qatılacaqlar.

Heyət aşağıdakı kimidir:

Qadın: Nazilə İsmayılova (45 kq);

Kişilər: İsa Rüstəmov, Ömər Cavadov (hər ikisi - 73 kq), Əli Şükürlü (102 kq), Dadaş Dadaşbəyli (109 kq).