Bu barədə İqtisadiyyat.az-a Müdafiə Nazirliyindən bildirilib.
Səfərin əvvəlində nümayəndə heyəti Ankara şəhərində yerləşən Heydər Əliyev parkını ziyarət edərək Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyub, onun əziz xatirəsini dərin ehtiramla yad edib. Daha sonra nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.
Səfər çərçivəsində iki qardaş ölkənin HDQ arasında əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb və müxtəlif sahələr üzrə ətraflı fikir mübadiləsi aparılıb.
Toplantının yekununda Azərbaycan və Türkiyə HDQ arasında əməkdaşlığın inkişafına dair birgə razılaşmanı əks etdirən protokol imzalanıb.