Gürcüstana idxal olunan dərmanların 20%-i başqa ölkələrə reeksport (təkrar ixrac) edilir.

Bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Ümumilikdə Gürcüstan tərəfi xarici dərmanları 26 ölkəyə yenidən satıb.

İlk beşliyə Özbəkistan (28,79 milyon dollar), Azərbaycan (10,103 milyon dollar), Ermənistan (2,286 milyon dollar), Qırğızıstan (1,571 milyon dollar) və Rusiya (1,512 milyon dollar) daxildir.